Azərbaycan Dövlət İnformasiya Agentliyi

Antalya-Konya yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

03.03.2022 [12:32]

Anadolu ilə Aralıq dənizini birləşdirən ən əhəmiyyətli Antalya-Konya avtomobil yolunda güclü qar səbəbindən bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. 1825 metr yüksəklikdə yerləşən Alacabeldə qarın qalınlığı 50 santimetrə çatıb. Hazırda sözügedən ərazinin qardan təmizləmə və duzlama işləri aparır.