Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tovuzda ev yanıb

04.03.2022 [18:52]

Xəbərin mətni

Tovuz şəhəri Həzi Aslanov küçəsində Qasımov İbrahim İmran oğluna məxsus, ümumi sahəsi 150 kvadratmetr olan kürsülü birmərtəbəli evin tavanı 40 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.