Çin ali qanunverici orqanının illik sessiyası başlayıb
05.03.2022 [11:16]
Xəbərin mətni
Çinin paytaxtı Pekində ölkənin ali qanunverici orqanı olan Çin Xalq Nümayəndələri Yığıncağının illik sessiyası işə başlayıb.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin və ölkənin digər rəhbər şəxsləri iştirak ediblər.
Çin Dövlət Şurasının sədri (Baş nazir) Li Keçyan hökumətin hesabatını təqdim edib.