Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cənubi Koreyada meşə yanğınlarına görə 6 min nəfər təxliyə edilib

06.03.2022 [14:23]

Xəbərin mətni

Cənubi Koreyanın Ulcin bölgəsində meşə yanğınları səbəbində 6 mindən çox sakin təxliyə edilib.AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, paytaxt Seuldan 330 kilometr cənub-şərqdə yerləşən Ulcindəki dağlıq ərazidə martın 4-də başlayan yanğın 9 min hektara yaxın sahəni əhatə edir.