Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ərzuruma yağan güclü qar həyatı iflic edib

10.03.2022 [16:27]

Dünən axşam saatlarından Türkiyənin Ərzurum vilayətinə yağan güclü qar həyatı iflic edib.Təxminən 10 santimetri keçən qar sürücülərə də çətin anlar yaşadıb. Hazırda ağ örpəyə bürünən yolların təmizlənməsi davam edir.