Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Antalya Diplomatiya Forumunun açılış mərasimi keçirilib

11.03.2022 [18:42]

Xəbərin mətni

Türkiyə Prezidenti Administrasiyasının himayədarlığı ilə bu ölkənin Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunan və qısa zaman kəsiyində beynəlxalq səviyyəli müzakirələr platformasına çevrilən Antalya Diplomatiya Forumu (ADF) işə başlayıb. Builki forumda 17 dövlət başçısı, 80 nazir, 39 beynəlxalq təşkilatın rəhbəri, dünyaşöhrətli alimlər və digər rəsmi şəxslər iştirak edirlər.