Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Mozambikdə "Qombe" tropik siklonu 10 nəfərin həyatına son qoyub

13.03.2022 [13:58]

Xəbərin mətni

Mozambikdə "Qombe" tropik siklonu 10 nəfərin həyatına son qoyub.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Nampula əyaləti administrasiyasının nümayəndəsi Meti Qondola bildirib.
Nampula ölkənin digər bölgələri ilə müqayisədə "Qombe" siklonundan daha çox zərər çəkib. Əyalətdə evlər, elektrik şəbəkələri, rabitə və yol infrastrukturu, o cümlədən körpülər zədələnib.