Azərbaycan Dövlət İnformasiya Agentliyi

İsraildə yanğından qaçan şəxs paltar ipi sayəsində sağ qalıb

14.03.2022 [11:09]

İsrailin Hayfa şəhərində yaşayış binasının beşinci mərtəbəsində yanğın baş verib. Mənzildə köməksiz vəziyyətdə qalan şəxs pəncərəsinin qarşısındakı paltar ipinə çıxaraq həyatını xilas edib. Hadisə yerinə yanğınsöndürmə qüvvələri cəlb olunub.