DÜNYA
Peruda torpaq sürüşməsi nəticəsində 80 ev dağılıb
16.03.2022 [17:26]
Perunun Pataz şəhərində güclü yağışlar nəticəsində torpaq sürüşməsi baş verib. Təbii hadisədən sonra azı 80 ev torpaq altında qalıb, 3-ü uşaq olmaqla 7 nəfər isə itkin düşüb. Ətrafdakı insanların dəstəyi ilə aparılan axtarış-xilasetmə işləri zamanı 4 sakin xilas edilib.