Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ukraynadakı vəziyyətlə əlaqədar daha 184 vətəndaşımız Rumıniyadan ölkəmizə təxliyə olunub

16.03.2022 [23:18]

Xəbərin mətni

Ukraynadakı vəziyyətlə əlaqədar Rumıniyadan daha 184 vətəndaşımız bu ölkənin Yassi səhərindən Azərbaycana təxliyə edilib. Onlardan 16-sı uşaqdır.AZƏRTAC xəbər verir ki, indiyədək “Azərbaycan Hava Yolları” QSC-nin təyyarələri ilə həyata keçirilən təxliyə zamanı əsasən qadınlara, uşaqlara, ahıllara və səhhətində problem olanlara üstünlük verilib.