DÜNYA
İstanbulda evin üzərinə istinad divarı uçub
17.03.2022 [12:27]
Türkiyənin İstanbul şəhərinin Beşiktaş rayonunda istinad divarı, altındakı birmərtəbəli evin damına çöküb. Hadisə nəticəsində damı zədələnən ev yararsız hala düşüb. Hadisə zamanı ölən və yaralanan olmayıb.