DÜNYA
Ankarada türkiyəli şəhid diplomatların xatirəsi anılıb
19.03.2022 [10:07]
Xəbərin mətni
Ankaradakı Cebeci Asri məzarlığında türkiyəli şəhid diplomatların xatirəsinə ucaldılan abidə önündə anım mərasimi təşkil olunub. Şəhid diplomatların məzarlarının üstünə tər çiçəklər, abidə önünə Türkiyə Prezidenti, Türkiyə Böyük Millət Məclisi, Azərbaycanın Türkiyədəki səfirliyi və digər qurumlar adından əklillər düzülüb. AZƏRTAC xəbər verir ki, 18 mart-Şəhidlərini Anma Günü ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş mərasimdə səfirlər, Ankarada akkreditasiya olunan diplomatik korpusun təmsilçiləri, rəsmi şəxslər, şəhid diplomatların ailə üzvləri, KİV nümayəndələri iştirak ediblər.