DÜNYA


Çində sərnişin təyyarəsi qəzaya uğrayıb

Çinin cənubunda “Boeing-737” markalı sərnişin təyyarəsi qəzaya uğrayıb.
AZƏRTAC RİA Novostiyə istinadən xəbər verir ki, məlumatı Çinin Mərkəzi Televiziyası yayıb.
Çinin “China Eastern” hava yolları şirkətinə məxsus təyyarənin göyərtəsində 133 nəfərin olduğu qeyd edilir.