DÜNYA


Hadisə şahidi: Qəzaya uğrayan təyyarə tamamilə dağıldı

“China Eastern Airlines” şirkətinin martın 21-də qəzaya uğramış “Boeing 737-800” təyyarəsindəki sərnişinlərin axtarışları hələ nəticə verməyib.
AZƏRTAC xəbər verir ki, Çin Baş nazirinin müavini Liu He axtarış işlərinə rəhbərlik edir. Axtarış əməliyyatına 1200-ə yaxın yanğınsöndürən, 100-dən çox texnika, 80 tibb işçisi, polis və hərbçilər, yerli sakinlər cəlb olunub. Təyyarənin bəzi qalıqları tapılsa da, sərnişin və heyət üzvlərinin axtarışları hələlik nəticə verməyib. Qəzanın baş verdiyi ərazi dağlıq və sıx meşə olduğundan axtarış işləri çətinliklə aparılır. Hadisə şahidlərindən biri yerli mediaya bildirib ki, təyyarə dağa çırpılandan sonra tamamilə dağılıb, ardından yanğın yaranıb.