DÜNYA


Çində COVID-19 pasiyentlərinin yerləşdirilməsi üçün 33 mobil xəstəxana inşa olunub

Çində son vaxtlar COVID-19 virusuna yoluxmaların çoxalması fonunda pasiyentlərin yerləşdirilməsi üçün 33 mobil xəstəxana inşa olunub.AZƏRTAC xəbər verir ki, Çinin Səhiyyə Məslələri üzrə Dövlət Komitəsi bütün vilayətlərə ən azı 2-3 mobil xəstəxana hazır etmək barədə təlimat verib. İndiyədək inşa olunmuş mobil xəstəxanaların tutumu 35 min çarpayıdır. Mobil xəstəxanalarla yanaşı, xəstəlik əlamətləri olmayan pasiyentlərin təcrid olunması üçün müvəqqəti karantin yerlərinin də sayı artırılır. Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin COVID-19 pasiyentlərin müalicəsi və onların karantinə cəlb olunması qaydalarına etdiyi dəyişikliyə əsasən, artıq xəstəlik əlaməti olmayan pasiyentlər xəstəxanalara deyil, karantin yerlərinə yerləşdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır