DÜNYA


Çində qəzaya uğrayan təyyarənin mühərrikinin hissələri tapılıb

Martın 21-də qəzaya uğramış “Çin Şərq Hava Yolları” (“China Eastern Airlines”) şirkətinin “Boeing 737-800” sərnişin təyyarəsinin mühərrikinin hissələri tapılıb.AZƏRTAC xəbər verir ki, bu barədə axtarış işlərini aparan qrup açıqlama yayıb. Hazırda axtarış işləri davam etdirilir. Ötən gün başlayan yağış və onun nəticəsində meydana gələn kiçik torpaq sürüşmələri axtarış işlərinin sürətlə aparılmasına əngəl törədir. Xilasedicilər sürüşmənin yaratdığı palçıq axınını təmizləməklə paralel olaraq axtarış işləri aparır.