CƏMİYYƏT


İsmayıllı sakini çayda boğularaq ölüb

İsmayıllı rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Aşıqbayramlı kəndinin ərazisində bu gün saat 10:30 radələrində baş verib. Belə ki, kənd sakini 1964-cü il təvəllüdlü Vaqif Böyükağa oğlu Zahidov ehtiyatsızlıqdan yaşadığı evin yaxınlığından keçən kiçik dağ çayına düşüb. Çaya yıxılan V.Zahidov köməksiz vəziyyətdə qalıb və boğularaq ölüb. Onun cəsədi sudan çıxarılaraq ailəsinə təhvil verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır