Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyədə sink mədənində çökmə baş verib

26.03.2022 [14:46]

Xəbərin mətni

Türkiyənin Kayseri vilayətində yerləşən sink mədənində çökmə baş verib. Dağıntılar altında qalan işçilərdən biri ölüb.
AZƏRTAC xəbər verir ki, Kayserinin Yahyalı rayonunda meydana gələn çökmə zamanı içəridə iki işçinin olduğu ehtimal edilir.
Hadisə yerinə xilasedicilər cəlb olunublar. Hazırda digər şəxsin axtarış-xilasetmə işləri davam edir.