DÜNYA


Çində qəzaya uğramış sərnişin təyyarəsinin ikinci qara qutusu tapılıb

“Çin Şərq Hava Yolları” (“China Eastern Airlines”) şirkətinin martın 21-də qəzaya uğramış “Boeing 737-800” sərnişin təyyarəsinin ikinci qara qutusu da tapılıb.AZƏRTAC xəbər verir ki, bu barədə qəza ilə əlaqədar yaradılmış fövqəladə vəziyyət qərargahı açıqlama yayıb. Uçuş parametrlərinin, o cümlədən təyyarənin uçuş hündürlüyünün, sürətinin, istiqamətinin avtomatik qeydiyyat sistemi olan qara qutu qəzanın səbəblərinin və şəraitinin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıyır. Martın 23-də tapılan qara qutu isə pilot kabinəsindəki danışıqların qeydə alındığı cihazdır. Çin Mülki Aviasiya İdarəsi qara qutulardakı məlumatların oxunması üçün 10-15 gün vaxt tələb olunduğunu açıqlayıb.