Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bolqarıstanda yüksək patogen quş qripi aşkarlanıb

29.03.2022 [10:52]

Xəbərin mətni

Bolqarıstanın Asenovqrad şəhəri yaxınlığındakı Plovdiv bölgəsindəki quşçuluq fermasında yüksək patogenli quş qripinin növbəti epidemiyası qeydə alınıb.AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.180 minə yaxın toyuq olan quşçuluq fermasında yüksək patogenli A tipli virusun törətdiyi xəstəlik tapılıb. 2019-cu ildən indiyədək bu təsərrüfatda xəstəliyin üçüncü epidemiyası aşkarlanıb.