DÜNYA


Türkiyəli məşhur aşpaz Ronaldo ilə şərik olub

Türkiyəli məşhur aşpaz Burak Özdemir (CZN Burak) “Mançester Yunayted” və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo ilə şərik olacaq.AZƏRTAC türk mediasına istinadla xəbər verir ki, B.Özdemir deyib: “Noyabr ayında İngiltərədəki restoranımızı açacağıq. Londonda Kriştiano Ronaldo ilə ortaq olacağıq. Bu barədə çox danışmaq istəmirik. Çünki açılışda gözəl sürpriz olacaq”.Qeyd edək ki, B.Özdemir Türkiyə ilə yanaşı, dünyanın bir neçə ölkəsində restoranlar şəbəkəsinə sahibdi.