CƏMİYYƏT


Fərrux kəndi ətrafında daha bir neçə azərbaycanlının qalıqları tapılıb

Xocalı rayonunun Fərrux kəndində daha bir neçə azərbaycanlının qalıqları aşkarlanıb.AZƏRTAC xəbər verir ki, kəndin ətrafında ayrı-ayrı yerlərdə aparılmış qazıntılar zamanı Birinci Qarabağ müharibəsi zamanı qətlə yetirilmiş daha bir neçə azərbaycanlının qalıqları tapılıb.Xatırladaq ki, martın 29-da Azərbaycan Ordusunun hərbçiləri Fərrux kəndi ərazisindəki mövqelərdə qazıntı işləri apararkən insan skeletləri aşkar ediblər.