DÜNYA


Əfqanıstana qonşu ölkələrin XİN rəhbərlərinin növbəti görüşü başlayıb

Çinin Tunsi şəhərində Əfqanıstana qonşu ölkələrin xarici siyasət idarələrinin rəhbər şəxslərinin üçüncü toplantısı keçirilir.
AZƏRTAC xəbər verir ki, Çin xarici işlər naziri Van İnin sədrlik etdiyi iclasda Pakistan, İran, Russiya, Tacikistan, Türkmənistan və Özbəkistanın xarici siyasət idarələrinin rəhbər şəxləsi iştirak edirlər.
Çin Xarici İşlər Nazirliyi Əfqanıstan məsələsində qonşu dövlətlər arasında konsensusa nail olmağa dəstək məqsədi daşıyan görüşdə iştirakçıların Əfqanıstanda sabitliyi təşviq etməyin və əfqan xalqını dəstəkləməyin yollarını müzakirə edəcəyini açıqlayıb.