Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beynəlxalq konfransın iştirakçıları Ağdamda minatəmizləmə əməliyyatları ilə tanış olublar

31.03.2022 [18:28]

Xəbərin mətni

Humanitar Mina Fəaliyyəti və Davamlı İnkişaf Məqsədləri üzrə beynəlxalq konfransda iştirak edəcək heyət martın 31-də Ağdama səfər edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, heyətin tərkibinə 30 ölkədən 120-ə yaxın nümayəndə daxildir.
Qonaqlar Ağdamın azad edilmiş hissəsində ANAMA-nın regional mobil düşərgəsinə baxış keçirib, dağıntılar və quruculuq işləri ilə, həmçinin minatəmizləmə əməliyyatı sahəsində proseslə tanış olublar.