DÜNYA


Cənubi Koreyada 2 təlim təyyarəsi toqquşub, 3 pilot ölüb

Cənubi Koreyanın Hərbi Hava Qüvvələrinə məxsus 2 ədəd “KT-1” təlim təyyarəsi təlim uçuşu zamanı toqquşub.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, qəza Saçon şəhərində yerli vaxtla saat 13:36-da (Bakı vaxtı ilə 8:36) baş verib. Təlim uçuşu yerinə yetirən təyyarələr toqquşduqdan sonra çəltik tarlasına düşüb. Hadisə yerinə 2 helikopter və 30 yanğınsöndürən avtomobil göndərilib. Qəza nəticəsində 3 pilot ölüb. Katapult edən digər pilotun axtarışları davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır