SİYASƏT


Naxçıvanda komanda-qərargah təlimi keçirilir

“Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planı”na əsasən komanda-qərargah təlimi keçirilir.
Komanda-qərargah təliminin ssenarisinə uyğun olaraq müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilən Naxçıvan Qarnizonu Qoşunlarının birləşmə və hissələri “Həyəcan” siqnalı ilə qaldırılıb.  
Təlimdə komandir heyətinin yaranmış taktiki şəraitə uyğun qısa müddətdə qərar qəbul edib aktiv radioelektron mübarizə şəraitində yuxarı qərargaha məruzə etməsinə, tabelikdə olanlara çatdırmasına, döyüşün təşkili üzrə bacarıq və vərdişlərinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirilib.