DÜNYA


Çində torpaq sürüşmələri nəticəsində 6 nəfər itkin düşüb

Çinin Yünnan vilayətində torpaq sürüşmələri nəticəsində 6 nəfər itkin düşüb.
AZƏRTAC yerli hakimiyyət orqanlarının açıqlamasına istinadla xəbər verir ki, təbii fəlakətlər aprelin 2-də səhər saatlarında Nü və Durunq muxtar rayonlarında baş verib. Nəticədə 2 avtomobil təmiri sexi və dəmir emalı məntəqəsi qaya qırıntıları və torpaq axını altında qalıb.