DÜNYA


Roma Papası Fransisk Kanadanın hindi icmalarından üzr istəyib

Roma Papası Fransisk Vatikana danışıqlara gəlmiş Kanada hindilərindən üzr istəyib. Buna səbəb kilsənin Kanadada fəaliyyət göstərən bir sıra katolik internat məktəblərində assimilyasiya siyasəti aparması olub. Qeyd edək ki, katolik kilsəsi bu internatların 70%-ə qədərini idarə edir. Kanadanın baş naziri Castin Trüdo Papanın üzr istəməsini alqışlayıb və bunu irəliyə doğru atılan addım adlandırıb.