Macarıstanda parlament seçkilərində Baş nazir Viktor Orbanın rəhbərlik etdiyi hakim partiya qalib gəlib
04.04.2022 [10:54]
Xəbərin mətni
Macarıstanda bazar günü keçirilən parlament seçkilərində Baş nazir Viktor Orbanın rəhbərlik etdiyi hakim “FİDES - Macarıstan Vətəndaş Birliyi" partiyası qalib gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Seçki Bürosu məlumat yayıb. Hakim partiya parlamentdə üçdə iki konstitusiya çoxluğunu saxlaya biləcək.