Aleksandr Vuçiç Serbiyada keçirilən prezident seçkilərində qalib gəldiyini açıqlayıb
04.04.2022 [11:16]
Xəbərin mətni
Serbiyada keçirilən prezident seçkilərində Aleksandr Vuçiç birinci turda qələbə qazandığını elan edib.
AZƏRTAC xəbər verir ki, A.Vuçiç Serbiya Tərəqqi Partiyasının qərargahında keçirilən mətbuat konfransında seçkilərdə qalib gəldiyini deyib: “Bizim məlumatlara görə, mən səslərin 59,8 faizdən 60,1 faizə qədərini toplamışam. Serbiyada heç kimin edə bilmədiyini bacardım. Birinci turda iki dəfə qalib gələn yeganə prezident mənəm”.