Almaniyada çörəyin qiymətində artım gözlənilir
04.04.2022 [12:36]
Alman Çörəkçilər Birliyi orta hesabla 3,50 avro olan 1 kiloqram çörəyin qiymətinin 3,80 avroya qədər yüksələ biləcəyini açıqlayıb. Çörək zavodlarının sahibləri əvvəlki illə müqayisədə şəkərin 40 faiz, taxılın 35 faiz, unun 25 faiz və digər çörək məhsullarının qiymətinin 20 faiz artacağını gözləyirlər.