Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Elektriklə işləyən ən böyük kruiz layneri ilk səyahətini başa vurub

04.04.2022 [17:48]

Xəbərin mətni

Dünyanın elektriklə işləyən ən böyük kruiz layneri - “Yantszı çayı Üç Dərə-1” ilk reysini başa vurub.
AZƏRTAC xəbər verir ki, Çinin İçan şəhərində ilk səfərini edən layner tam elektriklə işləyir. Yantszı çayında turizm səfərlərində istifadə üçün inşa edilən laynerin uzunluğu 100 metr, eni 16,2 metrdir.