SİYASƏT


Ukraynadan təxliyə olunan Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin ailəsi Moldovadan Bakıya yola salınıb

Azərbaycanın Ukrayna əsilli Milli Qəhrəmanı Viktor Seryoginin ailəsi Moldovanın paytaxtı Kişineudan Bakıya yola salınıb.
AZƏRTAC xəbər verir ki, Kişineu Beynəlxalq Hava Limanında Milli Qəhrəmanın ailəsinin Bakıya yola salınmasında Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov və səfirliyin əməkdaşları iştirak ediblər.