DÜNYA


İnsanabənzər robot portretlər çəkir

Ai-Da adlı insanabənzər robot 2019-cu ildə yaradılıb. Onun təkmilləşdirilmiş qolu artıq normal fırça və palitradan istifadə edərək insan portreti çəkə bilir. Gözləri rəsm üçün istinad kimi istifadə olunacaq şəxsi skan edə bilir, süni intellekti isə bir insanı digərindən ayıra bilir. Portreti tamamlamaq üçün ona 45-60 dəqiqə, daha böyük rəsmlər üçün isə təxminən 5 saat vaxt lazımdır. Bu humanoid robotun həyata gəlməsində təxminən 30 nəfər mütəxəssisin əməyi var.