DÜNYA


Çində donmuş çaylardakı buzlar partladılır

Çinin şimal-şərq hissəsində yerləşən çaylardakı buzların havalar istiləşdikcə əriyib daşqına səbəb olmaması üçün buzlar partladılır. Bu cür partlayışlar Heyloncian çayında mütəmadi təşkil olunur. Bu məqsədlə buzda açılmış 840 dəliyin hər birində 15 kiloqramlıq xüsusi buz detonatorları yerləşdirilib. Təhlükəsizlik təmin olunduqdan sonra buzlar partladılıb. Çaydakı partlayış aparılmış buz səthinin umumi uzunluğu 10 kilometrdən çox olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır