DÜNYA


Çində COVID-19 virusuna sutkalıq yoluxma sayı 20 mini ötüb

Çində COVID-19 virusuna sutkalıq yoluxma sayı hazırkı “omikron” dalğasında 20 mini ötüb.
AZƏRTAC Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinə istinadla xəbər verir ki, ötən sutkada ölkənin 31 vilayəti üzrə 1383 təsdiqlənmiş və 19 min 89 asimptomatik hal aşkarlanıb.
Artıq bir neçə gündür ki, yoluxmaların episentri Çinin əhali sayına görə ən iri şəhəri olan Şanxaydır. Ötən gün şəhərdə 17 min 77 hal aşkarlanıb ki, onun da 16 min 766 simptomsuz pasiyentlərdir.