Raketin buraxılış meydançasını ildırım vurdu
07.04.2022 [10:26]
Florida ştatında yerləşən Kennedi Kosmik Mərkəzində Artemis 1 meqaraketinin sınaqları zamanı, raketin buraxılış meydançasını dörd dəfə ildırım vurub. Artemis 1 NASA-nın insanların aya çatdırılması missiyasının tərkibində ən böyük raketdir. Onun hündürlüyü 98 metrdir. İldırım zamanı raketə ziyan dəyməyib.