DÜNYA


Güclü sel və daşqınlar Türkiyənin şərq bölgəsində ağır fəsadlar törədib

Türkiyənin Qars vilayəti başda olmaqla ölkənin şərq bölgəsində güclü sel və daşqınlar baş verib. Buna səbəb dağlıq və dağətəyi ərazilərdə qarın sürətlə əriməsidir. Bölgədə sürüşmələr qeydə alınır.
AZƏRTAC yerli KİV-ə istinadla xəbər verir ki, Ərzurum-Qars dəmir yolunun Sarıqamış rayonunun Çataq kəndi ərazisində qatarların hərəkəti dayandırılıb. Şərq Ekspress (Doğu Ekspresi) qatarının sərnişinləri təbii fəlakət ərazisindən avtobuslarla çıxarılıb.
Bildirilir ki, çox sayda fərdi ev, yardımçı təsərrüfatlar və geniş əkin sahələri sel suları altında qalıb. Bölgədə bərpa və təbii fəlakətin fəsadlarından qorunmaq üçün qabaqlayıcı tədbirlər həyata keçirilir.