Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kəlbəcər və Laçında xidməti-döyüş fəaliyyətləri yoxlanılıb

08.04.2022 [10:03]

Xəbərin mətni

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusunun yüksək dağlıq ərazilərdə xidmət edən hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər davam etdirilir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti dövlət sərhədinin Kəlbəcər və Laçın rayonu sahəsində yerləşən bir sıra döyüş mövqelərinə baxış keçirib, burada xidmət edən hərbi qulluqçuların sosial-məişət şəraiti ilə maraqlanıb. Qeyd olunub ki, döyüş növbətçiliyinin gecə və gündüz keyfiyyətli təşkili və aparılması üçün hər cür şərait mövcuddur. Müşahidə məntəqələri müasir texniki avadanlıqlarla təchiz olunub.

BÖLMƏNİN DİGƏR VİDEOLARI