SİYASƏT


Professor Zakir Avşar: Bölgədə sülhün qorunmasının əsas şərtlərindən biri Azərbaycan torpaqlarına kimsənin göz dikməməsidir

Prezident İlham Əliyev həm müzəffər komandan, həm də sülhsevər insandır. Həm ölkəsinin torpaqlarını işğaldan azad edən bir lider, eyni zamanda, davamlı sülhə xidmət edən, yalnız özü xalqı üçün deyil bütün region xalqları üçün çalışan liderdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ankara Hacı Bayram Vəli Universitetinin Jurnalistika fakültəsinin dekanı, professor Zakir Avşar Prezident İlham Əliyevin Brüssel səfərinin nəticələrini şərh edərək ifadə edib.