DÜNYA
Balıqçılar ovladıqları köpəkbalığını suya buraxdı
08.04.2022 [16:01]
Türkiyənin Hatay şəhəri yaxınlığında dənizdə balıq ovlayan balıqçıların qarmağına köpək balığı düşüb. Qarmağı çıxara bilməyən balıqçılar onu qayıqla sahilə sürüyüb çıxarıblar. Sahilə çıxdıqdan sonra balıqçılar 1,5 metr uzunluğunda köpək balığını qarmaqdan azad edib dənizə buraxıblar.