SİYASƏT


Hərbi polisin yaranmasının 30-cu ildönümü qeyd edilir

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi polisinin yaranmasının 30-cu ildönümü qeyd olunur. Fəaliyyətə başladığı gündən çətin və şərəfli yol keçən bu qurum 1992-ci ildə müdafiə nazirinin əmri ilə yaradılıb.  Yaradılmasında əsas məqsəd dövlətin və xalqın mənafeyinin müdafiəsində, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında iştirak etməkdən ibarət olan hərbi polis qarşıya qoyulan tapşırıqları istənilən şəraitdə yerinə yetirməyə qadirdir.
Ruh yüksəkliyi sarsılmaz olan hərbi polisin şəxsi heyəti həmişə mənəvi-psixoloji hazırlıq baxımından əzmkarlıq nümayiş etdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır