Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qonaqların marağına səbəb olan kiçik antikvar dükanı

11.04.2022 [14:14]

Türkiyənin Bayburt rayonunda iki qardaşın ərsəyə gətirdiyi antikvar dükanında tarixi saatlar, köhnə qəzetlər, mebellər, Osmanlı dövründə istifadə edilən musiqi alətləri nümayiş olunur. Burada Osmanlı düvründən gəlib-çatan 150-200 il əvvələ aid cib saatlarının hələ də işlək vəziyyətdə olması diqqəti xüsusi cəlb edir.