Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mərmərə dənizində nəsli tükənməkdə olan canlı akşarlanıb

11.04.2022 [14:54]

Mərmərə dənizində nəsli tükənmək təhlükəsi ilə üzləşən Aralıq dənizi rahib suitisinə aid mağara aşkarlanıb. Aralıq dənizi rahib suitiləri Ümumdünya Təbiəti Mühafizə İttifaqı (IUCN) tərəfindən dünyada "təhlükədə olan" və "kritik təhlükə altında olan" kimi siyahıya alınıb. Bu suitilərin həyatını təhlükəyə atmamaq üçün mağaranın yeri hələlik ictimaiyyətə açıqlanmır.