CƏMİYYƏT


Göyçayda iki ev yanıb

Göyçayda yanğın baş verib və iki ev yanıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanğın hadisəsi bu gün şəhərin Həbibi küçəsində yaşayan Zümrüd İsmayılovaya məxsus mənzildə baş verib. Belə ki, ümumi sahəsi 360 kvadratmetr olan ikimərtəbəli, 6 otaqlı ev əşyaları ilə birlikdə yanıb.