Azərbaycan Dövlət İnformasiya Agentliyi

Antifaşist fəallar Fransanın Renn şəhərində nümayiş keçiriblər

12.04.2022 [14:51]

Prezident seçkilərinin birinci turunun nəticələrinin açıqlanmasından sonra insanlar Fransanın Renn şəhərinin mərkəzində nümayiş keçirib. Küçələrdə skamyalar dağıdılıb, obyektlərin şüşələri sındırılıb. Şəhərin mərkəzindəki meydanda yanğın baş verib, yanğınsöndürmə briqadası gəlib.