DÜNYA


Cənubi Afrikada daşqınlar 300-dən çox insanın həyatına son qoyub

Cənubi Afrika Respublikasının şərqində yerləşən Durban şəhərində baş verən daşqınlar 306 nəfərin həyatına son qoyub.AZƏRTAC “The Guardian” qəzetinə istinadla xəbər verir ki, 60 ilin ən güclü leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində şəhərdə və onun ətrafında körpülər, yollar su altında qalıb, qatarların hərəkəti dayanıb, 6 mindən çox ev zərər görüb. Qasırğa Afrikanın Durban şəhərində yerləşən ən mühüm limanının fəaliyyətinin dayanmasına səbəb olub.