CƏMİYYƏT


Nərimanov rayonunda gözəllik salonundan və gül mağazasından mobil telefonlar oğurlayan şəxs saxlanılıb

Nərimanov rayonunda yerləşə gözəllik salonlarından birindən oğurluq edilib. Naməlum şəxs obyektə daxil olaraq orada çalışan işçilərdən birinin nəzarətsiz qalan dəyəri 4500 manat olan mobil telefonunu oğurlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, eyni məzmunlu şikayətlə rayonda yerləşən gül satılan mağazalardan birindən də Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsinə şikayət daxil olub. Həmin şəxs isə mağazadan 4400 manat dəyərində dörd ədəd mobil telefonun oğurlandığını bildirib.