CƏMİYYƏT


Vətən müharibəsi şəhidi Elmir Vəliyevin xatirəsi anılıb

Vətən müharibəsi şəhidi Elmir Vəliyevin doğum günündə xatirəsi yad edilib. Şəhidin Füzuli rayonu Kərimbəyli kəndində məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Vəliyev Elmir Məmmədqulu oğlunun anım mərasimində ailəsi ilə bərabər, Füzuli Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, məktəb kollektivi, döyüş yoldaşları, qazilər, veteranlar, kənd sakinləri iştirak ediblər. Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxış edənlər Elmirin Vətənə olan sevgisindən və döyüşlərdə göstərdiyi şücaətdən söhbət açıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır