DÜNYA


Türkiyə silahlı qüvvələri İraqın şimalında başladığı yeni antiterror əməliyyatını uğurla davam etdirir

Türkiyə silahlı qüvvələri İraqın şimalında yerləşən Metina, Zap və Avaşin-Basyan bölgələrində “Pəncə-Kilit” şərti adı altında növbəti antiterror əməliyyatına başlayıb. Ən son məlumata görə aviasiyanın və quru qoşun birləşmələrinin iştirakı ilə keçirilən antiterror əməliyyatı uğurla davam edir.AZƏRTAC xəbər verir ki, milli müdafiə nazirliyi Hulusi Akar başda olmaqla Türkiyə silahlı qüvvələrinin qoşun birləşmələrinin rəhbər heyəti Hərbi Hava Qüvvələrinin Qərargahında olub.